Nərimanov rayonunda təşkil olunan Novruz yarmarkası ən böyük satış yarmarkalarından biridir. Burada satışa çıxarılan məhsullar bazar qiymətindən 30-40 faiz ucuzdur.
Bu barədə AZƏRTAC-a Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov deyib.
O qeyd edib ki, builki Novruz yarmarkasının fərqli xüsusiyyəti var. Belə ki, satış yarmarkası bayram festivalı kimi təşkil olunub: “Yarmarkada kənd təsərrüfatı məhsulları, Novruz nemətləri, ümumilikdə isə 53 çeşiddə məhsul satışa çıxarılıb, bundan əlavə iaşə obyektləri, çay istehsalçısı şirkətlər öz məhsullarını təqdim edib. Yarmarkanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada məhsul birbaşa istehsalçıdan istehlakçıya çatdırılır”.
Oxunub: 308