Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan məhsulların 17,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda idxalın 41,3 faizini avtomobil, 17,3 faizini dəmir yolu, 31,6 faizini hava, 3,4 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.