Valyuta məzənnəsi

Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərəcək

Tarix:21-04-2021, 15:57

Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərəcək

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC Türkiyənin UPT pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu.

"Azərpoçt"dan "APA-Economics"ə verilən məlumata görə, UPT Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platformasıdır.

"Ödəniş transferi sistemi üzrə əməkdaşlıq" müqaviləsinə əsasən, "Azərpoçt" və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır. Müqavilə çərçivəsində "Azərpoçt" və PTT, "Aktif Bank" tərəfindən təqdim olunan "Ödəniş ötürmə sistemi"ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan "Azərpoçt"un 1 500-ə, PTT-nin isə 5 000-ə yaxın poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

"Azərpoçt" və PTT poçt-maliyyə sahəsində uzun illərdir uğurlu əməkdaşlıq edir. İcrasına başlanılan yeni layihə bu əməkdaşlığın daha da inkişaf etməsinə geniş zəmin yaradır.

YeniAN.az

Oxunub: 166



XƏBƏR LENTİ