Valyuta məzənnəsi

Lirənin ucuzlaşması davam edir

Tarix:20-12-2021, 20:38

Lirənin ucuzlaşması davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsinin artırılmayacağına dair yeni açıqlaması fonunda Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi bu gün 17,7540 lirə səviyyəsinə qədər enib.

YeniAN.az "APA-Economics"in məlumatına istinadən bildirir ki, lirə avroya qarşı da tarixi minimuma enərək bu gün 20,0581 lirə səviyyəsinə düşüb. Bakı vaxtı ilə saat 16:52-də 1 dollar 17,70 lirə, 1 avro isə 19,92 lirə səviyyəsində ticarət olunurdu. Azərbaycan Mərkəz Bankının rəsmi məzənnəsinə görə, 1 manat hazırda 9,8612 lirəyə bərabərdir.

Qeyd edək ki, bazar günü Rəcəb Tayyib Ərdoğan öz çıxışında faiz azalmalarını yenə müdafiə edib və bunu İslam qanunları ilə əsaslandırıb.

Xatırladaq ki, milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirib. Bir çox aparıcı iqtisadçı bu fonda lirənin zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30%-dən yuxarı qaldıracağını düşünür.

Xatırladaq ki, noyabrda Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.

YeniAN.az

Oxunub: 159



XƏBƏR LENTİ