Valyuta məzənnəsi

"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR

Tarix:19-11-2019, 10:06

"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR

“Bir zamanlar Azərbaycanda “siyasi mühacir” biznesi elə inkişaf etdi ki, hətta bu prosesə insan hüquq müdafiəçiləri də qatıldı və yaxşı pul qazandılar. Hətta Leyla Yunus zamanında siyasi mənsubiyyəti olmayan, siyasi proseslərdən xəbərsiz olan məhbuslardan 50 min manatadək pul alaraq adını “siyasi məhbus” siyahısına daxil edib”.
Bunu “Ölkə.Az”a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda “siyasi mühacir” alveri hələ 1990-ci illərdən etibarən başlayıb.

“Bu işlə məşğul olan mütəşəkkil dəstələr formalaşıb. Bu proses 2012-2015-ci illərdə öz pik həddinə çatıb. Azərbaycanda və Avropada bu işlə məşğul olan xeyli sayda təşkilatlar yarandı.Bu təşkilatlar insanları aldadaraq öz torlarına salaraq evlərini, hətta ticarət obyektlərini satdıraraq Avropa ölkələrinə göndərdilər. Nəticədə bu insanların çoxu orada oturum ala bilmədiyi üçün çıxılmaz vəziyyətə düşdülər. Çünki bu insanlar elə başa düşürdülər ki, Avropada cənnət həyatı yaşayacaqlar. Ancaq ora çatan kimi kamplar, düşərgələrdə dözülməz həyat şəraiti onların fikirlərini alt-üst etdi. Onların geriyə də yolu da qalmadı. Bu zaman Azərbaycana düşmən təşkilatlar bu insanlardan öz məqsədləri üçün istifadə etməyə başladılar. Onların bir çoxu da bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar”, - deyə S.Məmmədov bildirib.

O əlavə edib ki, bu qurumlar həmin insanlardan Azərbaycana qarşı zaman-zaman istifadə etdi.

“Bu “siyasi mühacir” biznesi ilə məşğul olanlar insanların bədbəxtçiliyi üzərindən pul qazananlar adlandırıram. Bu prosesi Azərbaycandakı bəzi hüquq-mühafizə orqanları da qatıldılar. Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi. Onlar məhbuslardan vaxtından əvvəl çıxması üçün yüksək məbləğdə pul alıb adlarını siyasi məhbus siyahısına salırdılar. Düzdür, siyasi məhbuslardan pul almasalar da, başqa məhbuslardan çox yüksək məbləğdə, hətta 50 min manat pul alıb siyasi məhbus siyahısına saldığı məhkumlar olub. Odur ki, bəzi hüquq müdafiəçiləri bu prosesdən zaman-zaman istifadə edib”, - deyə S.Məmmədov qeyd edib.

Onun dediyinə görə, onların məqsədi bu yolla daha pul qazanamaq olub:
“Bu işdə erməni lobbisi daha aktiv işləyib. Məsələn “Front Line Effect”, PİN, Varşavadakı Helsinki Fondu, Norveçdəki İnsan Hüquqları Mərkəzi Azərbaycandan olan miqrantları müvəqqəti yerləşdirmək üçün on milyonlarla vəsait alıblar. Erməni lobbisinin sifarişini icra edənlər Azərbaycandan olan miqrantları “verbovka” edib özlərinin məqsədləri üçün istifadə edib. Həmin şəxslərdən Azərbaycana qarşı şər atmaq, söyüş kampaniyasını həyata keçirmək və sair üçün istifadə ediblər. Hətta elə olub ki, həmin təşkilatlar bir müddət bu insanlardan istifadə edib, çölə atıblar. Lakin onlar belə olanda həmin şəbəkədən uzaqlaşa bilmir. Nəticədə onların qullarına çevrilirlər”.

S.Məmmədov hesab edir ki, Azərbaycan hökuməti bu yöndə fəaliyyətini aktivləşdirməli, maarifləndirmə işi ilə yanaşı həmin təşkilatları, insanları ifşa etməlidir.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, “siyasi mühacirlər”i erməni lobbisi maliyyələşdirir:

“Mitinq adı ilə ayrı-ayrı Avropa ölkələrinə gedirlər. Təbii ki, həmin xainlər orada işləmirlər. Ancaq ondan-bundan tapşırıqlar alırlar. Həmin saxta siyasi mühacirlər erməni lobbisinin ayırdığı pulla maliyyələşirlər”.

S. Novruzov bəyan edib ki, saxta yollarla “siyasi mühacir” sənədləri düzəltdirmək istəyənlərə qarşı ciddi mübarizə aparılmalıdır:

“Bu işdə, xüsusilə, hüquq-mühafizə orqanları mübarizə aparmalı və diqqətli olmalıdırlar. Belə müraciətlərin hər biri polis tərəfindən ciddi araşdırılmalıdır. Saxta yollarla “siyasi mühacir” statusu alanların bəziləri adlarını dəyişərək, ya erməni və ya da mənşəyi bilinməyən xarici adlar götürürlər. O mühacirlər bu gün Avropada küçə süpürməklə məşğuldurlar”.

Oxunub: 278



XƏBƏR LENTİ