Valyuta məzənnəsi

"Radikal müxalifəti təmsil edən jurnalistlər Ermənistana göndərilsin!"

Tarix:20-11-2019, 00:32

"Radikal müxalifəti təmsil edən jurnalistlər Ermənistana göndərilsin!"

Milli Məclisin deputatı Araz Əlizadə erməni jurnalistlərin Bakıya səfər etməsindən danışıb.

A.Əlizadə Demokrat.az-a açıqlamasında bu məsələyə adi yanaşdığını bildirib:

"Mən bu məsələyə adi baxıram və məndə gülünc doğurur. Adını "xalq diplomatiyası" qoyublar, ancaq "xalq diplomatiyası" belə olmur. Bu cür səfərlərin "xalq diplomatiyası"na heç bir xeyri yoxdur və nəticəsi də sıfıra bərabərdir".

Deputat təklif edib ki, ermənilərin Bakı səfərinə cavab olaraq, Ermənistana da radikal müxalifəti təmsil edən jurnalistlər göndərilsin:

"Həmin jurnalistlər deyirlər ki, guya Azərbaycanda həyat səviyyəsi pisdir. Yaxşı olar ki, həmin jurnalistlər gedib Ermənistandakı vəziyyəti də görsünlər və müqayisə etsinlər. Onlar gedib Gürcüstana, Moldovaya, Ukraynaya baxsınlar. Yoxsa ki, Ermənistana tərif edən jurnalistlərin göndərilməsi əhəmiyyətsiz olacaq".

Oxunub: 227



XƏBƏR LENTİ