Valyuta məzənnəsi

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı

Tarix:30-09-2023, 11:47

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şose yolu gələn ilin birinci rübünə hazır olacaq.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Növbəti bir neçə ildə Şuşada bütün küçə infrastrukturunu tamamilə hazır etməyi nəzərdə tutmuşuq”, - o deyib.

Aydın Kərimov əlavə edib ki, Şuşada artıq 15 tarixi abidə bərpa olunub, dörd abidə üzərində iş davam edir.

Oxunub: 37



XƏBƏR LENTİ