Valyuta məzənnəsi

Korsika xalqına dəstək məqsədilə Milli Məclisdə yeni qrup yaradılıb

Tarix:24-10-2023, 17:30

Milli Meclis

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının

təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə

Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.

Milli Məclisdən YeniAN.az -a verilən xəbərə görə, dəstək qrupunun məqsədi

Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması,

Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda

beynəlxalq səylərin birləşdirilməsidir.

Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev,

Şahin İsmayılov və Azər Kərimli daxildir.

Oxunub: 38



XƏBƏR LENTİ