Valyuta məzənnəsi

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Tarix:29-06-2020, 21:02

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

YeniAN.info Etikxeber.az-a istinadə xəbər verir ki, iclası açan spiker Sahibə Qafarova son zamanlar ölkədə koronavirusa yoluxma hallarının artdığını, bunun narahatlıq yaratdığını və bu səbəbdən də, adıçəkilən qanunvericiliyə dəyişikliklər edilməsinə ehtiyac yarandığını bildirib.

Qeyd edib ki, qanun layihəsi cəmi bir oxunuşda qəbul olunacaq.

“Son vaxtlar ölkəmizdə Koronavirus (Covid-19) infeksiyasına tutulanların sayında xeyli artım baş vermişdir. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də, Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlamışdır. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub”-deyə, S. Qafarova bildirib.

Sonra dəyişiklik barədə millət vəkili Nizami Səfərov məlumat verib.

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Qeyd edək ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Həmçinin, qeyd edək ki, hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Eyni zamanda, qüvvədə olan qanuna əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır.

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Beləliklə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

11:04

***

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, buna adi dəyişiklik məsələsi kimi baxmaq lazım deyil.

Onun sözlərinə görə, bu, milli təhlükəsizlik, ailə təhlükəsizliyi məsələsidir:

“Biz elə nümunəvi, nizam-intizamlı olmalıyıq ki, bütün dünya xalqlarına nümunə ola bilək”.

Komitə sədri həm də virus olmadığını barədə yayılan şaiyələrə etirazını bildirib:

“Bəziləri deyir ki, virus yoxdur, filandır, qəsdən insanlar arasında şaiyələr yayır. Bunlara qarşı da sərt münasibət göstərilməlidir”.

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

11:09

***


MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, son 14 gün Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb.

O, həm də yoluxma hallarının artması ilə bağlı səhiyyə sisteminin, həkimlərin böyük gərginliklərlə üzləşdiyini sözlərinə əlavə edib:

“Ona görə karantin qaydalarına əməl etməsək, həm özümüz, həm ailə üzvlərimiz bu virusa yoluxacaq, bu virus bizimlə uzun müddət yaşayacaq…”.

Qanun layihəsi səsverməyə çıxarılaraq, qəbul edilib.

YeniAN.info

Oxunub: 145



XƏBƏR LENTİ