Valyuta məzənnəsi

Sosial–iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradıldı

Tarix:3-02-2021, 21:31

Sosial–iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradıldı

Bu gün Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin Sərəncamında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Nazirlər Kabinetindən YeniAN.info-ya verilən məlumata görə, Sərəncama əsasən Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştiraklı ilə Komissiya yaradılıb.

Komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

YeniAN.info

Oxunub: 203



XƏBƏR LENTİ