Valyuta məzənnəsi

Bəzi dağ çaylarında daşqın və sel olacaq-XƏBƏRDARLIQ

Tarix:10-06-2021, 21:30

Bəzi dağ çaylarında daşqın və sel olacaq-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən Etikxeber.az-a bildiriblər ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

YeniAN.az

Oxunub: 117



XƏBƏR LENTİ