Valyuta məzənnəsi

BQXK: Xankəndidə yerləşən ofisimiz bağlanmayıb

Tarix:17-10-2023, 11:23

BQXK: Xankəndidə yerləşən ofisimiz bağlanmayıbBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidə yerləşən ofisi bağlanmayıb.

YeniAN.az  xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, qurumun Xankəndidə yerləşən ofisi Bakıya bağlı olub: "Xankəndidə yerləşən ofis hazırda da işləyir. Həmin ofis heç bir zaman Ermənistana bağlı olmayıb.

Hər zaman regionda olan ofislər bizimlə əlaqədə olub. Hazırda da ofisimiz bağlanmayıb və Qarabağda işləyir".

Oxunub: 42



XƏBƏR LENTİ