Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı
müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən YeniAN.az -a verilən məlumata görə, bu çərçivədə,
Lənkəran şəhəri ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması
faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən
Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən
tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.