Valyuta məzənnəsi

Müğənnini döyən biznesmen oğlu: "İt hürər, karvan keçər"

Tarix:3-04-2019, 11:33

Müğənnini döyən biznesmen oğlu: "İt hürər, karvan keçər"Xəbər verdiyimiz kimi, azərbaycanlı bloqqer-musiqiçi Ceyhun Priverdiyev Rusiyanın məşhur “Faktor-2” qrupunun solisti İlya Podstrelov döyüb.

Obyektivxeber.info-ın məlumatına görə, Ceyhun məsələyə İnstaqram səhifəsində münasibət bildirib. O, öz şəklini paylaşaraq İlyanı işarələyib və "Məhkəmədə görüşərik" sözlərini yazıb.

Ceyhun daha hekayə bölümündə "İlk dəfədir ki, bu qədər neqativ mesajlar alıram. İnsanlar məsələnin əsl üzünü bilmədən mövzuya başını soxur. İt hürər, karvan keçər" sözlərini yazıb.

Stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğlu olan Ceyhun dava zamanı özünün də xəsarət aldığını bildirib.

Qeyd edək ki, Ceyhun nahar etdiyi restoranda İlyanın qadına şiddəti təbliğ edən mahnı oxumasına əsəbiləşib. O, İlyanın otağına gedərək, onunla dava edib.

Oxunub: 200



XƏBƏR LENTİ