Valyuta məzənnəsi

"Müğənni Damla elə bil Maykl Ceksondur" — Deputat

Tarix:4-04-2019, 09:04

"Müğənni Damla elə bil Maykl Ceksondur" — Deputat"Siz görmədiniz müğənninin maşınının qabağını kəsmişdilər? (Müğənni Damlanı nəzərdə tutur – red.) Elə bil o, Maykl Ceksondur".

obyektivxeber.info-nun məlumatına görə, bunu Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa ONA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, ora yığışanlar ancaq təhsilsiz cəmiyyətin üzvləri ola bilər:

"Məclislərdə nə mahnısı olsa, erməni mahnısı da olsa, bir də gördün düşdülər ortalığa oynadılar. Yaddan çıxır ki, bu nə mahnısıdır, 5-6 saat oynayacaqlar. Estetik zövqdən söhbət gedə bilməz. Siz görmədiniz müğənninin maşınının qabağını kəsmişdilər? (Müğənni Damlanı nəzərdə tutur – red.) Elə bil o, Maykl Ceksondur. Yalnız savadsız adamlar orada bilər. Savadlı adam Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Vaqif Mustafazadənin fanatı olar da. Savadsız adam ya bayağı müğənninin, yaxud da bir əyləncə formatlı müğənninin fanatı olacaq. Dərin düşüncəli adam kimin fanatı olar? Alim Qasımovun fanatı olar da".

Millət vəkili bildirib ki, təhsil səviyyəsi xeyli aşağı düşüb:

"Orta məktəb vərdişi yox, ali məktəb vərdişi yox. Azərbaycan cəmiyyətində diplom var, savad yoxdur. Hər kəs 2-3 diplomunu alıb. Amma dərindən mütaliə, bədii zövq yoxdur. Bədii zövqü olan adam bu bayağı musiqilərin ardınca gedə bilərmi? Bədii zövqü olan adam ancaq klassikanı dinləyər. Bethovendən zövq alar, Şubertdən zövq alar. Yaxud da oxuduğu ədəbiyyat fərqli bir ədəbiyyat olar.

Kriminal ədəbiyyat olmaz, oğru dünyasını oxumaz. İndi ən çox satılan hansı ədəbiyyatdır? Oğru həyatı. Heç kəs türmədə yatmaq istəmir, lakin oğru həyatı onun üçün cəlbedicidir. Amma Lütfi Zadənin həyatı kimin nə vecinədir? Kimin nə vecinədir Xudu Məmmədovun həyatı? Bunu az sayda, marginal bir çevrədə insanlar dəyərləndirir. Azad Mirzəcanzadə kimdir, kimin nə vecinədir? Onun kitablarını alan kimdir? Onun bir “İxtisasa giriş”i elə insanın formalaşması kitabıdır".

Oxunub: 282



XƏBƏR LENTİ