Valyuta məzənnəsi

"Niyə bu müğənnilər məndən örnək götürmədi?" - Brilliant Dadaşova

Tarix:17-04-2019, 17:33

"Niyə bu müğənnilər məndən örnək götürmədi?" - Brilliant DadaşovaXalq artisti Brilliant Dadaşova qalmaqal edən müğənnilərə səslənib.

Obyektivxeber.info-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla"ya açıqlamasında hər kəsə özünü misal çəkib. O, xalq artisti İlhamə Quliyeva tərəfindən dəfələrlə təhqir edilsə də, ona cavab vermədiyinin səbəbini açıqlayıb:

"Mərhum İlhamə Quliyeva nə qədər məni təhqir edir, söz atırdı. Onu o qədər sevirdim... Bir dəfə ona cavab verməmişəm. Maqazinçilər nə qədər sual verib, cavab istəyirdi... İnsanlar örnək götürməli, baxıb öyrənməlidirlər. Bunlar cavab qaytarmamağı öyrənmədilər? Bu gün bir-iki nəfərin arxası var, buna güvənib böyüklərə cavab qaytarır. Axı təhqir edilənlər bizim musiqini dünyaya tanıdanlardır".

Oxunub: 183



XƏBƏR LENTİ