Valyuta məzənnəsi

Xalq artisti Səfurə İbrahimova-82 YAŞINDA VƏFAT ETDİ

Tarix:21-12-2020, 19:00

Xalq artisti Səfurə İbrahimova-82 YAŞINDA VƏFAT ETDİ


Xalq artisti Səfura İbrahimova bu gün-82 yaşında vəfat edib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə aktrisanın yaxın çevrəsi paylaşım edib.

Qeyd edək ki, Xalq artisti tənha yaşayırdı.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə “Stalinneft”də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.

O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı idi.(1984).

20-dən artıq bədii filmdə çəkilib. Bu sırada “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Arşın mal alan”, “Qətl günü” bədii filmləri yer alıb.

Allah rəhmət etsin!

YeniAN.info

Oxunub: 256



XƏBƏR LENTİ