Valyuta məzənnəsi

Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO

Tarix:18-04-2021, 13:01

Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

YeniAN.az "Report"a istinadən xəbər verir ki, Xalq artisti vəsiyyətinə uyğun olaraq Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

13:19
Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb.

Mərhumun nəşinin torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılır.

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

12:32
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO
Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO
Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO
Xalq Artisti Eldar Quliyevlə dəfn mərasimi keçirilir - FOTO


YeniAN.az

Oxunub: 230



XƏBƏR LENTİ