Valyuta məzənnəsi

“Avtolüks Azərbaycan” Bakıda “Jaguar Land Rover” mərkəzi açır - FOTO/VİDEO

Tarix:4-03-2019, 14:08

“Avtolüks Azərbaycan” Bakıda “Jaguar Land Rover” mərkəzi açır - FOTO/VİDEO
“Jaguar Land Rover” avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolüks Azərbaycan” MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan yeni mərkəzin açılışı ilə ölkədə olan fəaliyyətini genişləndirməyə davam edir.

“Jaguar Land Rover” Yaxın Şərq və Şimali Afrika (MENA) pərakəndə satış (riteyl) şəbəkəsinin tərkib hissəsi olan “Avtolüks Azərbaycan” MMC hər iki brendin Azərbaycanda mövqeyinin möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayır və bazarda iştirakını daha da genişləndirməyə hazırlaşır.

Bakıda, Aşıq Molla Cümə küçəsində yerləşən yeni mərkəz ölkənin ən iri şəhərinin mərkəzində “Jaguar” və “Land Rover” müştərilərinə yüksək səviyyəli xidmət göstərəcək.4960 kvadratmetr sahəsi olan müasir mərkəz “Jaguar Land Rover” brendinin bütün dünyada “Jaguar Land Rover” pərakəndə satış (riteyl) sahələrinə uyğun olan yeni korporativ üslubunu əks etdirən qlobal ARCH standartı əsasında inşa edilib.

Bu standart müştərilərə ən yüksək səviyyəli müştəri təcrübələrinin yaşadılması üçün canlı və qonaqpərvər ab-havanı gözoxşayan memarlıq və heyrətamiz dizayn konsepsiya ilə bir araya gətirir.

“Jaguar Land Rover” MENA-nın regional diler şəbəkəsinin inkişafı üzrə direktoru Justin Weaving yeni avtosalonun açılması haqqında fikirlərini bildirdi:

“Yerli pərakəndə satış (riteyl) tərəfdaşımızın göstərdiyi böyük səylərin sayəsində “Jaguar Land Rover” brendi Azərbaycan bazarında yerini möhkəmləndirir. “Avtolüks Azərbaycan” MMC-nin ölkədə bu cür möhtəşəm “Jaguar Land Rover ARCH” mərkəzini açması ilə qürur duyuruq. Bu mərkəz brendimizin illər boyunca hər zaman xidmət standartlarının mükəmməlliyinə doğru can atmasından xəbər verir”.

“Avtolüks Azərbaycan” şirkətinin baş direktoru Mark Pocock bildirdi ki, “Biz Azərbaycanın avtomobil sənayesinin nüfuzlu və etibarlı nümayəndəsiyik, çünki biz hər zaman tələbkar müştərilərimizə ən yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə çalışmışıq”.

Yeni açılmış mərkəzimiz “Jaguar Land Rover” xidmət keyfiyyəti standartlarını yeni zirvələrə qaldırır və bu brendi seçmiş sürücülərə lüks avtomobilə layiq olan təcrübə yaşadır.

Mərkəzimizdə “Jaguar” və “Land Rover” avtomobillərini dərindən bilən və anlayan ekspert komandası satış və satışsonrası xidmətlərin tam çeşidini əhatə edən kompleks xidmətlər təqdim edir”, – deyə Pokok əlavə etdi.

Yeni “Jaguar Land Rover” avtosalonu “Land Rover” brendinin Range Rover, Range Rover Sport, Range Rover Velar, Range Rover Evoque, Land Rover Discovery və Land Rover Discovery Sport və “Jaguar” brendinin XJ, XF, XE, F-PACE, E-PACE və F-TYPE avtomobilləri daxil olmaqla hər iki brendin ən yeni avtomobillərinin geniş çeşidini müştərilərinə təqdim edir.

Yeni mərkəzdə hər iki brendin yaxşı vəziyyətdə olan ikinci əl avtomobillərinin ayrıca satış salonu, orijinal məhsullar və aksesuarların satışı üçün xüsusi sahə də fəaliyyət göstərəcək.

“Avtolüks Azərbaycan” şirkətinin Bakıdakı yeni “Jaguar Land Rover” mərkəzi martın 1-dən fəaliyyətə başlayıb.

Mərkəzdə avtomobillərin satışı bazar ertəsi - bazar günləri, saat 10:00-dan 19:00-ə kimi, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi - bazar günləri, saat 09:00-dan 18:00-ya kimi, həyata keçiriləcək.

Hər hansı əlavə məlumat almaq üçün (+994 12) 983 nömrəsinə zəng edə və ya www.landrover-azerbaijan.com və www.jaguar-azerbaijan.com internet saytlarına nəzər sala bilərsiniz.

Oxunub: 290



XƏBƏR LENTİ