Valyuta məzənnəsi

Rüfətin söyüşlü mahnısına görə "Space"ə 8 min cərimə - Video

Tarix:7-04-2019, 14:38

Rüfətin söyüşlü mahnısına görə "Space"ə 8 min cərimə - VideoMilli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.

Obyektivxeber.info-ın məlumatına görə, buna səbəb əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun "Hər səhər" proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, televiziyanın cərimələnməsinə səbəb efirdə işlədilən həmin ədəbsiz sözlərin yayımlanması olub:

“Space TV”nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasi ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib”.

Qeyd edək ki, Rüfət fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.

Rüfət daha sonra video görüntü yayaraq bunun montaj olduğunu iddia edib. “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun” deyə, sənətçi açıqlamada yayıb. O daha sonra verilişdəki videonu yayımlayaraq, söyüşlərin montaj olduğunu iddia edib.

Həmin veriliş "myvideo"dan da dərhal silinib.

Oxunub: 253



XƏBƏR LENTİ