Valyuta məzənnəsi

Kimya terapiyasını əvəzləyəcək dərmanlar kombinasiyası aşkarlanıb

Tarix:29-03-2019, 16:40

Kimya terapiyasını əvəzləyəcək dərmanlar kombinasiyası aşkarlanıbAlbert Universitetindən olan kanadalı alimlər xərçəngə qarşı iki dərman vasitəsinin faydalı kombinasiyasını aşkarlayıblar. Hər iki dərman artıq ayrı-ayrılıqda kliniki sınaqlarda testləşdirilmədən keçirilsə də, onların sinergetik effekti yalnız indi müşahidə edilib.

AZƏRTAC bu barədə “hightech.plyus” saytına istinadla xəbər verir.

Müalicə “ATR” və “Wee1” fermentlərinin ləngiməsini nəzərdə tutur ki, bunun nəticəsində də xərçəng hüceyrələrinin DNT bütövlüyü pozulur.

Komanda süd vəzisi xərçəngi nümunəsində siçanlar üzərində sınaqlar aparıb. Müalicə nəticəsində şişlər dərhal kiçilib, onların yayılmasının qarşısı alınıb.

Alimlər izah edirlər ki, şişlərin yayılmasına şərait yaradan xərçəng hüceyrələrinin altçoxluğu müalicəyə xüsusilə dayanıqlıdırlar. Lakin yeni sxem onları şişlərin digər hüceyrələri kimi təsirə qarşı həssas edir.

Müalicə ənənəvi kimya terapiyası ilə müqayisədə minimal kənar effektlər verib. Müəlliflər hesab edirlər ki, gələcəkdə dərmanların kombinasiyası ən azı bəzi hallarda zəhərli müalicələri əvəzləyə bilər.

Preparatlar xərçəngin müxtəlif növləri üçün səmərəli ola bilər. Alimlər gələcək tədqiqatlarda onları yoğun bağırsaqda, yumurtalıqda olan və bir sıra digər şişlərdə testləşdirməyə hazırlaşırlar. Çünki hər iki preparat artıq insanlar üzərində testləşdirilərək bəyənilib. Komanda tezliklə kliniki tədqiqatların başlanacağına ümid edir.

Buna bənzər nəticələri Amerika Birləşmiş Ştatlarından olan alimlər də əldə ediblər. Onlar da iki dərmanı birləşdirərək, şişlərin ən ölümcül növü sayılan mədəaltı vəzinin xərçənginə qarşı mübarizədə istifadə ediblər. Aparılan müalicə insan üçün əhəmiyyətli potensial nümayiş etdirib.

Oxunub: 276



XƏBƏR LENTİ