Valyuta məzənnəsi

Rektor tələbələrə məcburi esse yazdırıb? – Açıqlama

Tarix:3-11-2019, 11:28

Rektor tələbələrə məcburi esse yazdırıb? – AçıqlamaBakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ilə bağlı yaranmış ajiotajdan sonra univertitet rəhbərliyi tərəfindən tələbələrə məcburi inşa yazdırıldığı haqda məlumat yayılıb.
Axar.az-a daxil olan məlumatda bildirilir ki, Bakı Slavyan Universitetinin tələbələrinə Primakovla bağlı inşa yazmaları üçün xüsusi ayrılmış auditoriyaya gəlmək tapşırığı verilib. Məqsəd isə Rusiya səfirliyinin Yevgeni Primakovla bağlı elan etdiyi esse müsabiqəsinə qatılması səbəbindən böyük qınaqla üzləşməsinə “alibi” qazanmaqdır.
İddia edilir ki, tələbələrdən bəziləri bu kampaniyaya qoşulmaqdan imtina etdikdə onlara aqibətlərinin yaxşı olmayacağı ilə bağlı xəbərdarlıq edilib.
Hazırda böyük auditoriyaya doldurulan tələbələrin “Primakov kampaniyasına dəstək” inşası davam edir.
Məsələ ilə bağlı saytımıza danışan BSU-nun mətbuat katibi Mənsur İbrahimli tələbələrə heç bir göstəriş verilmədiyini deyib:
“Bu barədə universitet tələbələrə heç bir göstəriş verməyib, onlara məcburi yazı yazdırılmayıb. Yayılan məlumatlar böhtandır, iftiradır. Hansısa tələbə yazırsa, öz real, obyektiv, sağlam düşüncəli mövqeyini yazır. Burada göstərişdən söhbət gedə bilməz. Hər şeyi tələbələr könüllü edir”.

Oxunub: 302



XƏBƏR LENTİ