Valyuta məzənnəsi

Azərbaycandan işçi gedə bilmədiyi üçün Türkiyədə yaşıl çayı plantasiya sahibləri toplayacaq

Tarix:20-05-2020, 13:54

Azərbaycandan işçi gedə bilmədiyi üçün Türkiyədə yaşıl çayı plantasiya sahibləri toplayacaq

Türkiyədə Şərqi Qaradəniz bölgəsindəki 4 vilayətdə yaşıl çay yığımı mövsümü başlayıb.
APA-nın yerli bürosunun Türkiyə mətbuatına istinadla xəbərinə görə, 1 milyon çay istehsalçısına məxsus çay plantasiyalarında məhsul yığımı üçün 50 min çay istehsalçısı Rize, Trabzon, Artvin və Giresun vilayətlərinə yola düşüb.
Qeyd edək ki, əsasən başqa şəhərlərdə, xüsusilə İstanbulda yaşayan çay istehsalçıları yeni növ koronavirusla əlaqədar şəhərlərə giriş-çıxış qadağasına görə öz çay sahələrinə gedə bilmirdilər.
Keçən ilə qədər Azərbaycan və Gürcüstandan gələn 40 mindən çox işçi məhsul yığımında iştirak edirdi. Türkiyə mətbuatında yazılanlara görə, xaricdən gələn işçilər çaytoplama mövsümündə 100 milyon dollaradək pul qazanıırdılar.
Hazırda sərhədlər bağlı olduğuna və işçi tapılmadığına görə, bir həftə öncə Türkiyə Prezidenti çay istehsalçılarına öz məhsulllarını toplamaq və 4 vilayətə gəlmək üçün xüsusi qərar verib.

Hər gün 1700 nəfər COVID-19 testindən keçəcək, test nəticələri məqbul olanlar məhsul yığımında iştirak edəcək.

YeniAN.info

Oxunub: 247



XƏBƏR LENTİ