Valyuta məzənnəsi

Borel: "Aİ ölkələri iki il ərzində müdafiəyə əlavə 70 milyard avro xərcləyəcək"

Tarix:19-02-2023, 15:25

Yaxın iki ildə Aİ ölkələri müdafiə xərcləri üçün əlavə 70 milyard avro ayıracaq.

"YeniAN.az” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bəyan edib.

Münhen konfransında çıxışı zamanı Borrel deyib ki, Fransa və Polşa müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

"Növbəti iki ildə Aİ ölkələri müdafiəyə əlavə 70 milyard avro xərcləmək niyyətindədir, yalnız Fransa müdafiə xərclərini 40%, Polşa isə ikiqat artıracaq”, - o əlavə edib.Opinion: Josep Borrell argues for more engagement with the South Caucasus | commonspace.eu

Oxunub: 96



XƏBƏR LENTİ