Valyuta məzənnəsi

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB

Tarix:19-05-2024, 17:47

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB

 

İran Prezidenti İbrahim Rəisini aparan helikopter sərt eniş edib.

YeniAN.az  xəbər verir ki, bu barədə İRNA məlumat yatıb.

Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüblər. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

 

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***17:08

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

YeniAN.az  xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.

Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Oxunub: 373



XƏBƏR LENTİ