Valyuta məzənnəsi

Ermənistanda koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb

Tarix:4-10-2023, 21:20

Ermənistanda koronavirusun yeni növü aşkarlanıb

Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.

YeniAN.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Belə ki, son 7 gündə Ermənistanda 217 COVID-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.

Qeyd edilir ki, hazırda SARS-CoV-2 ştamının BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Akruks) subvariantları dolaşmaqdadır.

Oxunub: 40



XƏBƏR LENTİ