HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 11 ABŞ vətəndaşı həlak olub.
YeniAN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.
"Təəssüf ki, indi biz bilirik, ən azı 11 Amerika vətəndaşı öldürülüb, İsrail onların əksəriyyəti üçün ikinci vətən idi", - ABŞ lideri bəyanatında bildirib. Bayden, itkin düşmüşlər siyahısında Amerika vətəndaşlarının da olduğunu və Birləşmiş Ştatların onların yerini müəyyən etmək üçün İsrail hakimiyyəti ilə birlikdə işlədiyini vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, İsraili tərk etmək istəyən Amerika vətəndaşları özəl aviadaşıyıcıların xidmətlərindən istifadə etməklə yanaşı, ölkəni quru yollarla da tərk edə bilərlər.