Rusiya dövlət nömrə nişanlı ilk avtomobil Litvada nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
YeniAN.az xəbər verir ki, "Audi Q7” markalı avtomobil Medininkay kəndində nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Sürücünün Belarusa gedən Moldova vətəndaşı olduğu bildirilir.
Qeyd olunur ki, gömrükçülər inzibati xəta haqqında protokol tərtib edəcəklər və böyük ehtimalla avtomobil müsadirə olunacaq. Litva hakimiyyəti onu Ukraynanın ehtiyaclarına ötürə bilər.
Xatırladaq ki, martın 11-dən Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib. Qaydaya əməl etməyənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
YeniAN.az
N.Əlibala