İtaliyanda turistik Abano Terme şəhərindəki "Alexander" hotelində güclü yanğın baş verib.
YeniAN.az xəbər verir ki, bu barədə "Corriereadriatico" portalı məlumat yayıb.
Qeyd olunub ki, binanın ikinci mərtəbəsindəki texniki otaqdan başlayan yanğının tüstüsü qısa müddətdə hoteli bürüyüb.
Əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, hoteldəki 273 nəfər təxliyə edilib. Lakin 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib.
Zəhərlənən şəxslər müvafiq tibbi yardım almaq üçün tibb müəssisələrinə aparılıblar. Son məlumata görə, üç nəfərin vəziyyəti ağır qiymətləndirilir. Yanğın tam söndürülüb, araşdırmalara başlanılıb.