Valyuta məzənnəsi

Gənc məktəb direktoru prokurorun əlindən zara gəldiyini deyir- Saatlıdan ŞOK ŞİKAYƏT MƏKTUBU

Tarix:4-03-2019, 14:32

Gənc məktəb direktoru prokurorun əlindən zara gəldiyini deyir- Saatlıdan ŞOK ŞİKAYƏT MƏKTUBUSaatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin direktoru Rzayev Əlisalam oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ünvanlayıb.

AFN-in xəbərinə görə, şikayətçi sosial şəbəkələrdə ictimailəşdirdiyi müraciətində bildirir ki, rəhbərlik etdiyi Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində 7 nəfər ibtidai sinif müəllimi, 4 sinif komplekti var: "Müəllim sıxlığı ilə əlaqədar dərs bölgüsündə çətinliklər yaranır. Eyni zamanda mövcüd təlimata əsasən müəllimlərin dərs yükü onların diaqnostik qiymətləndirmə nəticələrinə uyğun bölünməlidir. Tədris ilinin əvvəlində təlimat nəzərə alınmaqla müəllimlər arasında dərs bölgüsü aparmışdıq. Lakin Saatlı rayon prokuroru Kamran Əhmədov məni çağıraraq bildirdi ki, sizin məktəbdə mənim qohumum var və onun dərs yükünü artırın. Mən vəziyyəti izah etməyə çalışdım ki, bizdə müəllim sıxlığı var. Keçən il prokurorun tapşırığı ilə həmin müəllim 32 saat dərs apardığı halda digər müəllim 6 saata işləyirdi. Təbii ki, bu da həm pedaqoji kollektiv, həm də ictimaiyyət arasında narazılığa səbəb olurdu. Bu il də həmin narazılıq olmasın deyə, müəllimlər arasında bərabər dərs bölgüsü aparmağa çalışdım. Lakin yenə də məni prokurorluğa çağırıb "Səni həbs edərəm, digər direktora söz dedim eləmədi və ona 11 il iş verdirdim, səni də onun gününə salacam" kimi, şantaj xarakterli sözlər söylədi.
Sonra məndən 5 min manat pul istədilər. Mən də bildirdim ki, mənim imkanım yoxdur və o pulu verə bilmərəm. Sonra guya məktəbdən digər bir müəllim dərs bölgüsü ilə əlaqədar prokuroluğa müraciət etdi. Kamran Əhmədov cənabları yenə də məni çağırıb rəhbərlik etdiyim müəllimlərin yanında "sən cinayətkarsan, yerində deyilsən səni türmə gözləyir" kimi sözlərlə öz işçilərimin yanında məni təhqir elədi. Həmin müəllimin ərizəsinə əsasən ilkin araşdırma aparıldı. Müəllimlərin və şagirdlərin izahatı alındı. Ancaq izahat verməyə gedən müəllimlər bildirdilər ki, orada bizə təzyiq edirdilər ki, izahatı direktorun əleyhinə verin, onsuz da onu tutacağıq. İlkin araşdırma zamanı həm müəllimlərin izahatı, həm şagirdlərin izahatı, həm də Saatlı RTŞ-nin izahatı alındı və prokurorluq gözlədiyi qanunsuzluqlar üzə çıxmadı və təbii ki, bununla razılaşmadılar.
Yenə də məni çağırdılar ki, o pulu verməsən, Maliyyə Nazirliyindən yoxlama çağırıb sənin 7 illik fəaliyyətini yoxlayıb tutacağıq. Mən də bildirdim ki, göndərin, mən heç bir qanunsuz iş tutmamışam ki məni tutalar. Ancaq prokuror bildirdi ki, onsuz da yoxlama gələndə onların qalmağı, yemək pulu və s. kimi xərclər səndən çıxacaq, elə o pulu ver bizə göndərməyək. Həmin vaxt Baş Prokuroluğun qəbul şöbəsinə gəldim, orada bir xanım prokuror (adını bilmədim) məni qəbul elədi və məsələni ətraflı şəkildə şifahi olaraq ona danışdım. O isə bildirdi ki, inanmıram bir rayon prokuroru pul almaqdan ötrü belə bir varianta əl atsın. Əgər belə bir şey olarsa, onda siz yazılı şəkildə müraciət edərsiniz məsələni araşdırarıq... (bunu ona görə yazıram ki, görün prokurorluq nə vəziyyət düşüb və hansı yollara əl atır).
Sonra Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən məktəbdə yoxlama aparıldı. Yoxlamağa gələn müfəttişlər çox qərəzli idilər. Mən bunun səbəbini soruşanda onlar qeyd etdilər ki, biz bura Kamran Əhmədovun tapşırıqı ilə gəlmişik və nəsə tapmalıyıq. Beləliklə, müəllimlərin və şagirdlərin izahatı alındı. Sonra məlum oldu ki, dərsdənkənar məşğələlərin araşdırılması zamanı şagirdlərə tamam başqa suallar verilib lakin izahatları başqa cür yazdırılıb. Sonra məktəbdə mövcud olan fizika və kimya loboratoriyalarını avadanlıqla guya tam təchiz olunmamasını əsas gətirərək, mən qəsdən dövlət əmlakını talamışam deyə cinayət işi başlamaqla məni hədələməyə başladılar. Halbuki, loborant öz izahatında qeyd edib ki, o, vaxtı-vaxtında işə gəlib və əmək haqqını da özü alıb.
Onu da qeyd etməliyəm ki, məktəbə yoxlama göndərilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, həmin qərarın surəti mənə göndərilmədi. Məni narahat edən bu yoxlama deyil. Lakin bir rayon prokurorunun bu vəziyyətə düşməsi, məqsədli şəkildə yoxlama göndərib ya pul verməlisən, ya da tutulacaqsan deməsidir ki, məncə, bu, cənab Prezidentimizin qeyd etdiyi kimi, dövlətimizə qarşı xəyanətdir.
Mümkünsə bu yoxlama yenidən komissiya şəklində gəlsin və bu komissiyanın tərkibində həm Təhsil Nazirliyinin, həm Maliyyə Nazirliyinin həm də Baş Prokurorluğun nümayəndəsi olsun. Çünki prokuroluğun qərəzli mövqeyini müdafiə edən bir nəfərin yoxlama aparmasındansa komissiyanın yoxlaması daha obyektiv olar.
İndi mənim bir çıxış yolum qalıb ki, belə şantajla işləməkdənsə hansısa xarici ölkədən sığınacaq istəyim və köçüm gedim. Belə məmurların əlindən bu ölkədə nə işləmək mümkündür, nə də ki, yaşamaq".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Oxunub: 234



XƏBƏR LENTİ