Valyuta məzənnəsi

“Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir” – Ekspertdən ŞOK iddialar

Tarix:25-03-2019, 14:48

“Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir” – Ekspertdən ŞOK iddialar“Təxminən ötən ilin yayında vergi qanunvericiliyinə dəyişikliklər barədə rəsmi bəyanatlar verildi. Köklü dəyişikliklər gözlənilirdi, lakin onlar kiçik və orta biznesin gözlədiyi şəkildə baş vermədi. Köhnə qvardiya prezidentdən təkidlə xahiş edirdi ki, yeni sadə və effektiv vergi sistemini tətbiq etməsin”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları iqtisadçı ekspert Natiq Cəfərli astna.biz saytı üçün yazdığı məqaləsində iddia edib.

Ekspert daha sonra qeyd edib ki, onun KİV və sosial şəbəkələr vasitəsilə təklif etdiyi və hökumətə yeni gətirilmiş gənc nazirlərin bəziləri tərəfindən dəstəklənən vergi islahatları layihəsi qəbul olunub: “Lakin tanınmaz dərəcədə təhrif edildi. Burada məqsəd belə idi – biznesin məmurların asılılığından azad olunmasına imkan verməmək. Yeni vergilər naziri M.Cabbarov özünün sonuncu müsahibəsində bildirmişdi ki, həmin dəyişikliklər layihəsi sadələşdirilməli, adamların anlaya biləcəyi aydın şəkildə yazılmalıdır. Ancaq sənəd artıq qəbul olunub, Prezident onu imzalayıb, qüvvəyə minib. Fevral ayında isə biznesmenlər deyirdilər ki, vergi qanunvericiliyi acınacaqlı vəziyyətdədir, onunla işləmək mümkün deyil. Və bu, doğrudan da belədir. Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir”.

Natiq Cəfərlinin sözlərinə görə, məhz köhnə komanda vergi qanunvericiliyində mütərəqqi dəyişikliklərin qəbul edilməsinə imkan verməyib: “Əgər birinci versiyada qəbul edilsəydi, bu gün keçmiş postsovet respublikaları arasında Azərbaycanda ən proqressiv vergi sistemi olardı, hətta Gürcüstanda olduğundan yaxşı. Gürcüstanda gəlir vergisi 20% təşkil edir, bu, yüksək rəqəmdir. Doğrudur, M.Cabbarov və onun komandası ehtiyat edirdi ki, ilk 6 ayda və ya 1 il ərzində vergilərin miqdarı azala bilər. Bəli, belə ehtimal var idi, ancaq hesab edirəm ki, bundan qorxmaq lazım deyil.

Əgər hər şey sistemləşdirilsə, Prezident İlham Əliyevin dəstəyi ilə bir il davam gətirmək mümkün olsa, 2020-ci ildə vergilərin həcmi 30-40% artacaq. Əgər indi 7 mlrd. dollar təşkil edirsə, bir ildən sonra rahat şəkildə 10 mlrd.-a bərabər olardı.

Amma bu, nəsib olmadı. Prezidentə bildirdilər ki, vergi yığımının həcmində təxminən 3 mlrd. manat azalma olacaq, nəticədə isə biznes məmurlardan asılı olmayaraq inkişaf edə bilərdi”.

Oxunub: 402



XƏBƏR LENTİ