Valyuta məzənnəsi

Möhtəşəm Çin səddinin sirri

Tarix:20-04-2020, 00:29


Möhtəşəm Çin səddinin sirri





XXI əsrin əvvəllərində möcüzələrdən yazmaq o qədər də asan məsələ deyil. Cəsur insan fantaziyası ilə yaradılmışları hazırkı dövrdə müasirlərimizə çatdırmaq xeyli çətindir. Əgər on illər bundan əvvəl insanın kosmik raketdən istifadə etməsi təkrarolunmaz cəsarət sayılırdısa, lakin indi elmin inkişafı elə şərait yaradır ki, insan artıq özü sərbəst kosmik fəzaya çıxa bilir. Hətta, sabah insanın Aydan da uzaqda olan yüksəklikləri zəbt etməsi gələcək insanlar üçün adi hal sayılacaq.
Məqsədimiz sizə dünyanın qədim yeddi möcüzəsi haqda bilgi verməkdir. Bunun üçün biz həmin möcüzələrin hər biri haqqında ayrıca danışacağıq. Dünyanın yeddi möcüzəsi aşağıdakılardır – Misir piramidaları, Semiramidanın (Babilin) asma bağları, Efesli ilahə Artemidanın məbədi, Olimpli Zevsin heykəli, Qalikarnas mavzoleyi, Rodos nəhəngi, Faros adasındakı İskəndəriyyə mayakı.



Möhtəşəm Çin səddinin sirri

Bu müdafiə səddi qanuna görə dünya sivilizasiyasının möhtəşəm tikilisi hesab edilir. Nəhəng imperiyanın “daş kəməri” hələ də tədqiqatçıları müxtəlif sürprizlər və cavabsız suallarla üz-üzə qoyur.

Səddin tikintisi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimallardan biri dağınıq knyazlıqların birləşdirilməsi dövrü ilə bağlıdır. Əbədi düşmən və bir-birilə döyüşən qədim Çin knyazlıqları vahid imperatorun rəhbərliyi altında birləşirlər. Yeni dövlətin sərhədlərini möhkəmlətmək lazım gəlir. Ən əsası imperiyanın şimal sərhədlərini qorumaq tələb olunurdu. Hakimiyyətin fikrinə görə, bu cür şərtə əməl etməklə imperiyada reformalar keçirmək olardı.

Qərara alınır ki, xarici dünya ilə əlaqələr kəsilsin. Şərq, qərb və cənubdan qədim Çin qonşularından dağlar, səhra və dəniz vasitəsilə qorunurdu. Dövlərin açıq yalnız şimal sərhəddi qalır. Səddin tikilməsi ideyası Tsin sülaləsindən olan hökmdar, nəhəng reformator və tiran Şi-Xuandiyə məxsusdur. Hətta qoruyucu divarın ümumi uzunluğu 6 min kilometrdən artıq olmalı idi.

Nəhəng divarın tikintisində milyonlarla insan iştirak edib. Lakin onları qul adlandırmaq olmaz. Eyni zamanda tikintiyə çoxlu sayda usta və memarlar tələb olunurdu.

Qədim dövrlərdə hökmdara qulluq etmək sadə adamlar üçün müqəddəs və fəxri vəzifə kimi qəbul edilirdi. Öz hökmdarı yolunda ölümcül işlərə getməyi belə özləri üçün fəxr hesab edirdilər.

Gecələr gözətçilər divarın üstündə mayak rolunu oynayan böyük tonqallar qalayırdılar. Təhlükə olan vaxt isə cəld onlar söndürülür. Bu, yaxınlıqda olan qarnizonlara və gözətçilərə təhlükə haqqında bir həyəcan siqnalı idi. Siqnaldan sonra onlar təhlükədə olan obyekti düşməndən müdafiəyə hazırlaşırdılar. Lakin maraqlı cəhət ondan ibarətdir ki, çinlilərdə həyəcan siqnalını tonqal vasitəsilə ötürmək prinsipi digər xalqlarda olduğunun əksidir. Məsələn, qədim Oğuzlarda şad və bəd xəbərləri tonqal yandırmaqla ətrafa ötürürdülər.

Qədim çinlilərin riyaziyyatı

Tikinti gedən vaxtı imperator Tsin Şi-Xuandi ardıcıl olaraq astroloq və öncəgörənlərlə görüşüb məsləhətləşirmiş. Əfsanələrlə razılaşsaq, deyə bilərik ki, dövlətin fəxri və əbədi müdafiə xəttinin tikintisi zamanı milyonlarla insan qurban verilmişdi. Bu adsız inşaatçılar dövlətin sərhədlərinin əbədi keşiyini çəkmək missiyasını öz üzərilərinə götürmüşlər. Onların bədənləri üfiqi vəziyyətdə dəfn edilmişdir. Əgər insan ruhunun dövrü olaraq qayıtmasını nəzərə alsaq, onda təsəvvür etmək olar ki, bu yerlərdə hansısa güclü enerji konsentrasiya edir.

Səddin xəritədə meridian və paralellərin coğrafi torunda yerləşməsi onun 30-cu paraleli təkrarladığını göstərir. Göründüyü kimi, bu xətt ekvatorun eyni olaraq dünyanın quru hissəsini yarıya bölür. Ekvator isə Yerin qütblərini ayırır. Xəritədə Avrasiya qitəsini tən yarıya, yəni bir düz xətt üzrə bölmək mümkün deyil. Buna görə də Cin səddi düz xətt üzrə inşa edilməyib. O da məlumdur ki, bizim planet öz oxu ətrafında fırlandıqda müəyyən müddət keçdikcə öz bucağını dəyişir. Və bu hesablamalarla 2200 il bundan öncə 30-cu paralelin vəziyyəti təyin edilmişdir. Və buradan da səddin ənənəvi bir adı da yada düşür “İmperiyanın qızıl mərkəzi”. Bu xətt üzrə təhqiqatlarımızı davam etdirsək görə bilərik ki, Misir piramidaları, Bermud üçbucağı 30-cu paralel üzərinə düşür. Eyni zamanda ikinci bir ehtimal isə bu üçlüyün bir-birindən eyni məsafədə yerləşməsidir.

Qalaktikalararası əlaqə

Məlumdur ki, hər hansı bir fiziki bədən təyin edilmiş elektrik enerjisinə malikdir. Fizik-alimlər planetimizin məlum anomal yerlərində öz elmi araşdırmalarını aparmışlar. Müəyyən olunmuşdur ki, Yer kürəsi mütləq elektrik ehtiyatına malikdir. Çin səddi isə Cənub və Şimala axan potensial enerjinin üzərində yerləşmişdir. Elektrodinamikanın qanununa görə, Yerin günəş ətrafında hərəkəti fəza sürəti işıq sürətindən yuxarı olan elektromaqnit dalğaları yaradır. Bu vəziyyət kosmosla əlaqə yaratmaq üçün kifayətdir.

Xarici divarlar iki naqilli əlaqə rolunu oynayır. Onlarla Yerin eleqtromaqnit sahəsinin yaratdığı lazımi siqnal ötürülür. Çin səddi inşa edildiyi vaxtdan etibarən heç vaxt təmirə məruz qalmayıb və öz əvvəlki vəziyyətini qoruyub saxlayıb.


Möhtəşəm Çin səddinin sirri









Hazırladı
Xuraman Bağırova
Oxunub: 232



XƏBƏR LENTİ