Valyuta məzənnəsi

Azərbaycanda 24 min işsiz üçün YENİ LAYİHƏ - İş yerlərinin SİYAHISI

Tarix:24-09-2020, 23:46

Azərbaycanda 24 min işsiz üçün YENİ LAYİHƏ - İş yerlərinin SİYAHISI

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyata alınan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:

1. Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)

2. PVC qapı və pəncərə hazırlanması

3. Kişi bərbərxanası

4. Avtoyağlama

5. Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)

6. Dəmirçi

7. Avtotornaçı (tokar)

8. Parket və taxta döşəmə cilalanması

9. Avtoelektrik

10. Meyvə qurutma

11. Fitnes (idman)

12. Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi)

13. Broyler inkubatoru

14. Poliqrafiya xidmətləri

15. Qadın gözəllik salonu

16. Avtomobil şinlərinin təmiri

17. Avtoyuma

18. Avtoçilingər

19. Dülgər

20. Dönərçi

21. Yem üyütmə xidməti (mini yem dəyirmanı)

22. Yun darama

23. Naxış vurma

24. Təlim-tədris

25. Musiqiçi

26. Ayaqqabı təmiri və istehsalı

27. İstixana

28. Foto xidməti

Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək, My Webpage keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.

YeniAN.info

Oxunub: 235



XƏBƏR LENTİ