Valyuta məzənnəsi

4124 yeni yoluxma, 38 ölüm...

Tarix:17-12-2020, 21:59


4124 yeni yoluxma, 38 ölüm...


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 191 460 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Ölkədə son sutka ərzində 17 426, hazırkı dövrədək isə 2 016 003 test aparılıb.

YeniAN.info



Oxunub: 175



XƏBƏR LENTİ