Bu gün Milli Məclisin (MM) növbəti iclası keçiriləcək.
YeniAN.az Etikxeber.az-ın xəbərinə istinadən bildirir ki, iclasın gündəliyində 15 məsələ var və həmin məsələlər bunlardır:
1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
10. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 12. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).14. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.
MM-in növbəti iclası isə mayın 31-də olacaq və bununla da yaz sessiyasına yekun vurulacaq.
08:22
***
MM-in iclası başlayıb.
İclasa S.Qafarova sədrlik edir.
İclas cari məsələlərin müzakirəsi olmadan öz işini davam etdirir.
11:00
***
İclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinə başlanılıb.
Qanun layihəsi barədə MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın qısa məlumatı dinlənilib.
MM-in Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif erdib.
O, eyni zamanda, erməni vəhşiliklərinə məruz qalmış Şuşada “Hərbi Qənimətlər Parkı”nın bənzərinin, oxşarının yaradılması təklifini irəli sürüb.
Həmçinin, bildirib ki, erməni vəhşiliklərini dünyaya nümayiş etdirmək üçün Bülbülün ev muzeyinin bir hissəsinin təmiri dayandırılmalıdır.
“Qoy bütün dünya görsün ki, ermənilər hansı vəhşiliklər törədiblər”.
11:12
***
Millət vəkili Aydın Mirzəzadə Şuşanın ərazisinin genişləndirilməsinin vacib olduğunu bildirib.
Qeyd edib ki, görülən işlərin, nəzərdə tutulan tədbirlərin miqyası bunu zəruri edir.
Millət vəkili eyni zamanda, Şuşada Şuşa Dövlət Konservatoriyasının yaradılması təklifini irəli sürüb.
11:20
***
MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı təklif edib ki, Şuşada Dövlət Mədəniyyət və İncəsənət Universiteti yaradılsın və təşkil edilsin.
Millət vəkili həmçinin, Şuşada “Xatirə-memorial kompleksi”nin yaradılması təklifi ilə çıxış edib.
11:35
***
Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi başlanılıb.
Layihə haqqında MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
12:05
***
“Müharibə şəraiti, döyüşün maliyyələşdirilməsi, şəhid ailələri və qazilər üçün həssaslıq dövlət büdcəsi qarşısında vacib məsələlərdən biri olub”-deyən komitə sədri bildirib ki, bununla yanaşı, bir sıra xərclərin dövlət büdcəsində icrası 99,1 %-ə çatıb:
“Pandemiya səbəbindən iqtisadi aktivlik, əhalinin hərəkəti məhdudlaşdırılıb. Son 5 ildə sosalyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 5 dəfə artıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizədə 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib”.
Onun gözlərinə görə, 2020-ci il dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib:
“Komitədə aparılan təhlillər o qənaətə gəlməyə imkan verir ki, “Büdcə sistemi haqqında qanun”un təkmilləşməsinə ehtiyac var. Yaxud bununla bağlı yeni qanunun qəbulu daha çevik qərarların qəbul edilməsin səbəb ola bilər. Dünyada son zamanlar böhranlı durumların baş verməsi bu sahədə yeniliklərin təkmilləşməsini tələb edir”.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş taktikasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik işğala son qoyulub, ölkəmizin və Qarabağın həyatında şanlı səhifə açılıb”.
Bunu isə Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bununla bərabər ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb:
“Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.
Sonra “Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb”-deyən nazir qeyd edib ki, yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib:
“Gəlirlərin azalması Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması ilə tənzimlənib. Hesabat ilində götürülmüş bütün sosial öhdəliklər tam yerinə yetirilib. Eyni zamanda, pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Pandemiyaya baxmayaraq, ordu quruculuğu, təhlükəsizlik xərcləri təmin olunub. Manatın məzənnəsinin sabitliyi qorunub.
Pandemiyanın dünya iqtisadiyyatına təsirlərini göstərdiyi ilk aylarda Azərbaycanın valyuta bazarında gərginlik yaşanırdı. Azərbaycan dövlətinin 2020-ci il ərzində pandemiya ilə mübarizə sahəsində atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən də izlənir. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirlərin mühüm rolunu vurğulayıb və hökumətin keçirdiyi tədbirləri çevik və adekvat qiymətləndirib”.
YeniAN.az