Valyuta məzənnəsi

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb

Tarix:28-07-2023, 11:42

Bu il Məhərrəm ayının onuncu günü - yəni Aşura iyulun 28-nə təsadüf edib. Aşura günü ilə əlaqədar ölkənin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir.

Obyektivxeber.info xəbər verir ki, qanvermə aksiyası Təzəpir məscidində 9:00-dan başlayıb.

Qan vermək istəyən yüzlərlə insan məscidə axın edərək, qan verir.

Ümumilikdə qanvermə aksiyaları səkkiz məscid və ziyarətgahda, habelə səkkiz səhiyyə müəssisəsində keçirilir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Oxunub: 52



XƏBƏR LENTİ