Valyuta məzənnəsi

İstirahət mərkəzində bədbəxt hadisə - Ölən var

Tarix:3-07-2025, 11:03

istirahet-merkezinde-bedbext-hadise

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Oxunub: 8



XƏBƏR LENTİ