Qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Obyektivxeber.info-ın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.