AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Obyektivxeber.info xəbər verir ki, komitə üzvləri I divizionun XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Zaqatala" ilə oyunun 79-cu dəqiqəsində "Sabah-2”nin futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqəni aldıqdan sonra meydandan kənarlaşdırılarkən hakimi təhqir edib. Buna görə futbolçu 4 oyunluq cəzalanıb, klub 320 manat cərimələnib.
"Zaqatala"nın futbolçusu Elvin Həsənov isə oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb, kluba 20 manat cərimə kəsilib.
"Neftçi-2" - "Kəpəz" oyununda top daşıyan uşaqlar qapı arxasında artıq rəftar etdiyinə görə meydan sahibləri 80 manat cərimələnib.
"Şüvəlan"ın futbolçusu Kamran Əliyev "Asğu" ilə oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqəni aldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. "Şüvəlan" matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilib.
"Sumqayıt-2" "Səbail-2" ilə oyundan öncə iclasa 7 dəqiqə gecikdiyi üçün 80 manat cərimə ödəyəcək. MOİK isə "Turan Tovuz"la ev oyununda xərək daşıyan uşaqlar olmadığı üçün eyni məbləğdə cərimələnib.
"Neftçi-2" 6, "Sumqayıt-2" 5, "Ağsu" və "Səbail-2" 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə olunub.
Oxunub: 352