Valyuta məzənnəsi

Dünyanın ən bahalı ikinci transferi reallaşa bilər

Tarix:1-04-2019, 14:16

Dünyanın ən bahalı ikinci transferi reallaşa bilər"Tottenhem"in Kristian Eriksen üçün tələb etdiyi məbləğ açıqlanıb.

Obyektivxeber.info "Mirror"a istinadən xəbər verir ki, İngiltərə klubu danimarkalı futbolçu üçün ispanlardan 150 milyon avro tələb edir. London təmsilçisi futbolçusunu bu məğləğdən aşağı qiymətə satmaq niyyətində deyil.

Bu keçid baş tutsa, dünyanın ən bahalı ikinci transferi olacaq. Hazırda ən bahalı transfer Neymardı. Braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub. 2-3-cü pillələri Kilian Mbappe və Filip Kountinyo tutur. PSJ fransalı futbolçunu "Monako"dan, "Barselona" braziliyalı ulduzu "Liverpul"dan 135 milyon avroya alıb.

Oxunub: 256



XƏBƏR LENTİ