Valyuta məzənnəsi

La Liqanın ən çox qaçan komandası - "Barselona" sonuncu oldu

Tarix:12-04-2019, 12:40

La Liqanın ən çox qaçan komandası - "Barselona" sonuncu olduİspaniya La Liqasıqda oyunlar ərzində orta hesabla ən çox qaçan komandalar müəyyənləşib.

Obyektivxeber.info xəbər verir ki, Koruna İdman Elmləri Universitetinin professoru Angel Valesin apardığı araşdırmaların nəticəsinə görə, orta hesabla ən çox "Leqanes"in futbolçuları qaçır. İkinci pillədə "Espanyol", üçüncü yerdə "Real Sosyedad" qərarlaşıb.

Oyun ərzində ən az qaçan komanda "Barselona" olub. "Real" 20 komanda arasında 14-cü, "Atletiko" 11-ci yeri tutub.

La Liqanın ən az qaçan komandası olmasına rəğmən turnir cədvəlinə başçılıq edən "Barselona" ən yaxın izləyicisi "Atletiko"dan 11 xal öndədi. Ən çox qaçan "Leqanes" isə 11-ci yeri tutur.

Oxunub: 213



XƏBƏR LENTİ