Valyuta məzənnəsi

Super Liqada çempionluğa əsas namizəd açıqlandı

Tarix:16-04-2019, 10:27

Super Liqada çempionluğa əsas namizəd açıqlandıTürkiyə Super Liqasının son turunda "Beşiktaş" lider "Başakşəhər"ə qalib gəldi (2:1), ikinci pillədəki "Qalatasaray" "Fənərbaxça" ilə "sülh"ə razılaşdı (1:1). Bununla da 1-2-ci pillələr arasındakı xal fərqi 5-ə endi.

Obyektivxeber.info xəbər verir ki, buna baxmayaraq "İddia" çempionluq əmsallarını dəyişməyib. Belə ki, "Başakşəhər"in çempionluq əmsalı ötən həftə olduğu kimi 1,10 saxlanılıb. "Qalatasaray"da bu göstərici 3,75-di.

Bu komandalardan başqa çüzi də olsa çempionluq şansı olan "Beşiktaş"ın əmsalı isə 45.00-di.

Qeyd edək ki, hazırda "Başakşəhər"in 61, "Qalatasaray"ın 56, "Beşiktaş"ın 53 xalı var. Mövsümün sonuna 6 tur qalıb.

Oxunub: 208



XƏBƏR LENTİ