Valyuta məzənnəsi

"Real" və "Barselona" arasında 80 milyonluq transfer savaşı

Tarix:3-05-2019, 13:14

"Real" və "Barselona" arasında 80 milyonluq transfer savaşıKriştiano Ronaldonun gəlişindən sonra "Yuventus"da kölgədə qalan Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.

Obyektivxeber.info xəbər verir ki, argentinaı ulduzu "Real" və "Barselona" heyətinə qatmaq istəyir.

İtaliyanın yüksək tirajlı "Corriere dello Sport" qəzetinin məlumatına görə, artıq "Yuventus" da Dibalanı satış siyahısına salıb. Futbolçu özü də bu qərardan razı qalıb. Turin klubunun onun üçün 80 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm oynadığı 45 matçda 24 qol vuran və 5 məhsuldar ötürmə edən Dibalanın məhsuldarlığı bu mövsüm böyük ölçüdə aşağı düşüb. Belə ki, 25 yaşlı futbolçu 38 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Oxunub: 250



XƏBƏR LENTİ