Valyuta məzənnəsi

“Sabirabaddakı stadionun təmirinə başlanılacaq…” – KAMAL CƏFƏROV – FOTOLAR

Tarix:12-03-2020, 20:56

“Sabirabaddakı stadionun təmirinə başlanılacaq…” – KAMAL CƏFƏROV – FOTOLAR


Sabirabad rayonundakı 5 min yerlik stadionun təmirinə başlanacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Sabirabad rayonundan millət vəkili seçilən Kamal Cəfərov bildirib.

“Əziz sabirabadlılar, Sizlərə şad xəbərim var. Təşviqat kampaniyası zamanı görüşlərdə, o cümlədən, melioratorlarla görüşdə mərkəzi stadionun təmirsiz olduğunun şahidi oldum. Bizim rayon futbola çox bağlıdır, Sabirabadın “İnşaatçılar” komandası Azərbaycan kubokunda finala çıxıb. Müəyyənləşdirdim ki, 5 min nəfərlik stadion Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansındadır. Stadionun vəziyyəti ilə bağlı AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevlə görüşdüm. Böyük məmnuniyyətlə, diqqətinizə çatdırmaq istəyirəm ki, AHİK-in qərarı ilə stadionun təmiri mart ayının 16-dan başlayacaq. Təmir bitdikdən sonra könüllülərlə birgə stadionun həyətində iməclik işləri həyata keçirəc, stadionun həyətində 2 mindən çox ağac əkəcəyik”-deyə, K. Cəfərov bildirib.

“Sabirabaddakı stadionun təmirinə başlanılacaq…” – KAMAL CƏFƏROV – FOTOLAR

Oxunub: 311



XƏBƏR LENTİ