Valyuta məzənnəsi

Yeddi kiloqramdan çox tiryəki satmaq istəyən Sabirabad rayon sakinləri saxlanılıblar

Tarix:1-04-2019, 14:01

Yeddi kiloqramdan çox tiryəki satmaq istəyən Sabirabad rayon sakinləri saxlanılıblarNarkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində ifşa ediliblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında keçirilmiş əməliyyat zamanı həmin cinayəti törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmayılov və tanışı Nadir İsmayılov saxlanılıb. Onların əlindəki üç bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonunda əldə ediblər. Onlar tiryəki satmaq niyyəti ilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub: 288



XƏBƏR LENTİ