Valyuta məzənnəsi

Konfrans Liqası: “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri məlum olur - YENİLƏNİR

Tarix:21-06-2023, 12:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması öncəsi klubları qruplara bölüb.

Obyektivxeber.info xəbər verir ki, Azərbaycan təmsilçilərinin də mümkün potensial rəqiblərinin sayı azalıb.

Püşkdə səpələnmişlər səbətində yer alacaq "Neftçi” ilk raundda "Voyvodina” (Serbiya), "Jelezniçar” (Bosniya və Herseqovina) – "Dinamo” (Minsk, Belarus) cütünün qalibi, "Tirana” (Albaniya) – "Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, "Debretsen” (Macarıstan) və ya "MOİK 1948”lə (Bolqarıstan) üz-üzə gələcək.

Səpələnməmişlərdən olan "Sabah” ÇFR (Rumıniya), "Hapoel” (Beer-Şeva, İsrail), "Legiya” (Polşa), "Dunayska Streda” (Slovakiya) - "Dila” (Gürcüstan) cütünün qalibi və ya "Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qəbələ” isə "Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), "Omoniya” (Kipr), "Vaduts” (Lixtenşteyn) - "Neman” (Belarus) cütünün qalibi və ya "Hegelman” (Litva”) - "Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

09:16

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Obyektivxeber.info xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək "Neftçi”, "Qəbələ” və "Sabah”ın rəqibləri məlum olacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi, "Brügge” (Belçika), "Bazel” (İsveçrə), "Gent” (Belçika), "Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), "Midtüllan” (Danimarka), PAOK (Yunanıstan), "Makkabi (Təl-Əviv, İsrail), "Viktoriya” (Çexiya), "Budo-Qlimt” (Norveç), "Lex” (Polşa), "Hapoel” (Beer-Şeva, İsrail), "Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş” (Türkiyə), ÇSKA (Sofiya, Bolqarıstan), "Tvente” (Niderland), "Riyeka” (Xorvatiya), "Gimaraeş” (Portuqaliya), "Styaua” (Rumıniya), "Legiya” (Polşa), "Rusenborq” (Norveç), "Spartak” (Trnava, Slovakiya, AEK (Larnaka, Kipr), "Omoniya” (Kipr), "KuPS” (Finlandiya), "Neftçi” (Azərbaycan), "Osiyek” (Xorvatiya), "Hibernian” (Şotlandiya), "Aris” (Saloniki, Yunanıstan), "Austriya” (Avstriya);

Səpələnməmişlər: I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi, "Petrokub” (Moldova), "Drita” (Kosovo), Voyvodina” (Serbiya), "Adana Demirspor” (Türkiyə), "Lütsern” (İsveçrə), "Vorskla” (Ukrayna), "Bohemians” (Çexiya), "Orxus” (Danimarka), "Beytar” (İsrail), "Hammarbü” (İsveç), "Kalmar” (İsveç), "Levski” (Bolqarıstan), "Kauno” (Litva), "Poqon” (Polşa), "Zalaeqerseq” (Macarıstan), "Keçkemet” (Macarıstan), "Debretsen” (Macarıstan), "Sepsi” (Rumıniya), "Qəbələ” (Azərbaycan), "Borats” (Bosniya və Herseqovina), "ÇSKA 1948” (Bolqarıstan), "Sabah” (Azərbaycan), "Ordabasi” (Qazaxıstan), "Aktobe” (Qazaxıstan), "Çelye” (Sloveniya), "Auda” (Latviya), "Differdanj” (Lüksemburq), "Torpedo BelAZ” (Belarus).

 
 
Oxunub: 39



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib