Valyuta məzənnəsi

İxrac zamanı keyfiyyətin tənzimlənməsində yeni texnologiyaların tətbiqi müzakirə olunub

Tarix:2-05-2019, 16:18

İxrac zamanı keyfiyyətin tənzimlənməsində yeni texnologiyaların tətbiqi müzakirə olunubBakıda “İxracda keyfiyyətin idarə olunması” mövzusunda interaktiv seminar təşkil edilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, seminarda ixrac zamanı keyfiyyətin tənzimlənməsində yeni texnologiyaların tətbiqi istiqamətində xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.

AZPROMO, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə baş tutan seminarda kənd təsərrüfatı, qida, sənaye və tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 40-dan çox sahibkar iştirak edib.

Oxunub: 242



XƏBƏR LENTİ