Valyuta məzənnəsi

“İqtisadiyyatımız neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər…” – BAŞ BANKİR

Tarix:12-03-2020, 21:50

“İqtisadiyyatımız neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər…” – BAŞ BANKİR

Azərbaycanda süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı olduqca ciddi tədbirlər görüləcək.

YeniAN.info Etikxeber.az-a görə xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB dollar vasitəsilə inflyasiyanın artması variantını istisna edib:

“Çünki inflyasiyanın ən başlıca lövbəri məzənnədir. Məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görürük, deməli, bu faktorun inflyasiyaya təsirini gözləmirik. Lakin obyektiv faktorları da bilirik. Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa, müəyyən fırıldaqçılar bundan istifadə edə bilər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq. Həmçinin, ölkənin təchizatının yaxşılaşdırılması tədbirləri də görüləcək. Eyni zamanda bu vəziyyətdən sui-istifadə edənlərə, süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı çox ciddi tədbirlər görüləcək”.
E. Rüstəmv onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər.
Sonra “Banklar tərəfindən əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi var”-deyən E. Rüstəmov bildirib ki, bankların tələbləri hərracda tam şəkildə ödənilir: “Bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib”.
AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb: “Bankların bütün tələbləri ödənilir”.

“İqtisadiyyatımız neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər…” – BAŞ BANKİR

Oxunub: 312



XƏBƏR LENTİ