“Cari ildə işsiz şəxslərə yaşayış minimumu həcmində vəsait ödənilib. Sərtləşdirilmiş karantin rejimi yenidən qüvvəyə mindiyi üçün yenidən 600 min vətəndaşa bu məbləğ ödəniləcək”.
YeniAN.info APA-nın məlumatına görə bildirir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ümumilikdə bu məbləğ 460 milyon manatdan artıq olacaq.
YeniAN.info