Valyuta məzənnəsi

“İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiq edildi

Tarix:3-02-2021, 21:41

“İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Fərmanla Nazirlər Kabinetinə ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə etmə qaydasının müəyyən edilməsi tapşırılmışdır.

Nazirlər Kabinetindən YeniAN.info-ya verilən məlumata görə, bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” hazırlanmışdır.

Adıçəkilən Qaydalara əsasən:

- İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslər üçün təqdim olunan elektron nəzarət vasitəsi onların müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənilməsini təmin edir.

- Nəzarət vasitəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında icra məmuru tərəfindən təqdim olunur. Elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Nasaz vəziyyətdə olan nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə icra məmuru nasaz avadanlığa baxış keçirməli və onu müvafiq qaydalara uyğun olaraq yenisi ilə əvəz edir.Elektron nəzarət vasitəsi onu gəzdirən şəxs tərəfindən zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

- Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.

- Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir.


YeniAN.info

Oxunub: 110



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib